BAKI, 30 noy – Sputnik. Türkiyə Rusiyanın S400 həmləsinə cavab olaraq, Suriya ilə sərhədə "Koral" adlı yeni Hava Hücumundan Müdafiə Sistemi quraşdırıb.
Yerli mediaya görə, Türkiyənin bu addımı atmasına səbəb Rusiyanın Suriyaya "S-400" zenit-raket qurğusu yerləşdirməsi olub.
Bu sistem təhdidedici raket, təyyarə uçuşlarını və radarların siqnallarını qeyd edərək, onları zərərsizləşdirir.
"Koral" sistemi 2015-ci ildən Türkiyə Silahlı Qüvvələrinin inventarları siyahısına daxil edilib və ilk dəfə Egey dənizindəki hava sərhədinin qorunması üçün İzmirdə quraşdırılıb.