SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropadan İsrailə tarixi zərbə

© AFP 2024 / JACK GUEZİsrail bayrağı
İsrail bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
İttifaqın bu qərarına Təl-Əviv hökumətinin reaksiyası sərt oldu.

BAKI, 30 noy – Sputnik. Avropa Birliyi, İsrailin işğalı altında olan Fələstin torpaqlarında istehsal olunan yəhudi mallarının qitəyə buraxılmayacağını bildirib. İttifaqın bu qərarına Təl-Əviv hökumətinin reaksiyası gecikməyib. 

İsrailin Baş naziri Binyamin Netanyahu, Avropa Birliyinin "Fələstin-İsrail sülh prosesi”ndə rolunu təxirə saldıqlarını açıqlayıb. Baş nazir bu barədə dövlət qurumlarına təlimat verdiyini də deyib.

Yəhudi hökuməti AB ilə olan diplomatik kanalların müvəqətti dondurulduğunu da bəyan edib. 

Avropa Birliyi, işğal edilən Qərbi Şəriyə bölgəsində yəhudilərin istehsal etdiyi və Avropaya satdığı malların qanunsuz olduğuna qərar vermiş və malların qitəyə idxalını dayandırmışdı. 


Xəbər lenti
0