CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı bankir Birləşmiş Ərəb Əmirliklərində vəzifə aldı

Abu-Dabi
Abu-Dabi - Sputnik Azərbaycan
Abunə olmaq
"Amrahbank"ın İdarə Heyəti sədrinin müavini Behnam Qurbanzadə BƏƏ-nin "Begatech" şirkətinin baş direktoru oldu.

BAKI, 30 noy-Sputnik. "Amrahbank"ın İdarə Heyəti sədrinin müavini Behnam Qurbanzadə yeni təyinat alıb.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, B.Qurbanzadə "Amrahbank"dakı vəzifəsində cəmi 1 ay işləyib. Cari ilin oktyabr ayında bu vəzifəyə təyin olunan bankir noyabr ayından etibarən özünə yeni "iş yeri" tapıb. Noyabr ayından B.Qurbanzadə baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Begatech" şirkətinin baş direktorudur. Şirkət rəqəmsal tətbiqlər sahəsində ixtisaslaşıb.

Bununla yanaşı, B. Qurbanzadə BƏƏ-də yerləşən "Flexible Business Solutions Company" şirkətinin idarəedici tərəfdaşıdır (managing partner).

B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb. Adıçəkilən departament ləğv olunduqdan sonra B. Qurbanzadə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bundan sonra bankir "Amrahbank"da çalışıb.

Xəbər lenti
0