BAKI, 30 noy — Sputnik. Gələn ilin oktyabr ayından Avropa İttifaqı Türkiyə ilə viza rejimini ləğv edəcək.
Sputnik-in “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə bazar günü keçirilən Aİ-Türkiyə zirvə görüşündə qərar qəbul olunub. Türkiyənin Aİ tərəfindən 2012-ci ildə irəli sürdüyü 79 öhdəliyin yerinə yetirilməsi şərti ilə bu qərar təsdiqini tapacaq. Bundan başqa, görüşdə ildə 2 dəfə zirvə toplantısının keçirilməsi qərara alınıb.
Aİ-nin suriyalı mühacirlərlə bağlı ilkin olaraq Türkiyəyə 3 milyard avro yardım edəcəyi də açıqlanıb. Lakin bu məbləğin hansı müddətdə veriləcəyi göstərilməyib.
Xatırladaq ki, 29 noyabrdakı sammit son 11 ildə ilk Aİ ilə Türkiyə arasında ilk zirvə toplantısı olub.