BAKI, 29 noy — Sputnik. Çinin paytaxtı Pekinin 200 kilometrliyində yerləşən Tyantszin şəhərində heyvanların klonlaşdırılması üçün dünyanın iri fabrikinin inşası planlaşdırılır.
Bildirilir ki, it, inək və atların kütləvi klonlaşdırılması ilə məşğul olacaq fabrikdə tədqiqat laboratoriyası, klonlaşdırma mərkəzi, gen bankı və sərgi zalı fəaliyyət göstərəcək.
Perspektiv müəssisəyə yatırılan investisiyaların həcminin 34 milyon dollar təşkil edəcəyi gözlənilir. Tikinti ilə Çinin biotibb və hüceyrə texnologiyalarından istifadədə ixtisaslaşan "Boyalife Group Ltd” şirkətinin "Yingke Boya Gene Technology (Tianjin) Ltd” törəmə şirkəti məşğul olacaq.
Fabrikin məqsədi heyvandarlığın inkişafı üçün klonlaşdırmanın tətbiqindən ibarətdir. Tikinti işlərinin başlanma və başa çatma müddəti barədə məlumat verilmir.
“Yingke Boya Gene Technology (Tianjin) Ltd” şirkəti Cənubi Koreyanın “Sooam Biotech Research Foundation” şirkətindən olan tərəfdaşları ilə birlikdə ilk dəfə iti klonlaşdırıb. Şirkət ümumilikdə müxtəlif ölkələr üçün gömrük və aeroportlarda istifadə üçün nəzərdə tutulan 550 belə it yaradıb.