BAKI, 29 noy — Sputnik. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmətli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.
Noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə, Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.
Hadisə ilə bağlı araşdırma aparılır.