CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan yemək xərci müavinətləri dayandırılır

© FlickrXırda pullar
Xırda pullar - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan etibarən dövlət tərəfindən verilən mənzillərdə yaşamayan məcburi köçkünlərə edilən xəbərdarlıqda nəzərdə tutulan müddət başa çatır.

BAKI, 28 noy — Sputnik. Sabahdan etibarən dövlət tərəfindən verilən mənzillərdə yaşamayan məcburi köçkünlərə edilən xəbərdarlıqda nəzərdə tutulan müddət başa çatır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 19-da məcburi köçkünlərə bununla bağlı xəbərdarlıq etmişdi.

Xəbərdarlıqda qeyd olunur ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyənləşdirilib. Dəfələrlə xəbərdarlıq edilsə də, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.

Dövlət Komitəsi bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq etmişdi ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci üçün verilən aylıq müavinətlər, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər də bərpa olunacaq.

Xəbər lenti
0