Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nardaran hadisələrinə görə saxlanılan 14 nəfərin hamısı həbs edilib

© gazeta-bam.ruhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Nardaranda baş verən hadisəyə görə saxlanılan 14 nəfər barədə həbs qətimkan tədbiri seçilib.

BAKI, 28 noy — Sputnik. Nardaranda baş verən hadisəyə görə saxlanılan 14 nəfər barədə həbs qətimkan tədbiri seçilib.

Trend-in əldə etdiyi məlumata görə, onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

14 nəfər barəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.

Xəbər lenti
0