BAKI, 27 noy — Sputnik. Nigeriyada törədilən terror aktı nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Hadisə ölkənin şimalında yerləşən Kano şəhəri yaxınlığında baş verib.
Terrorçu-kamikadze dini mərasim zamanı özünü partladıb. Hücumun "Boko Haram" terror qruplaşması tərəfindən təşkil olunduğu bildirilir.