CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Facebook-dan möhtəşəm yenilik

© forumопасные тесты в Facebook
опасные тесты в Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq Facebook-un təqdim etməyə başladığı yeni xüsusiyyət sayəsində bu çətin vəziyyət geridə qalır.

BAKI, 27 noy – Sputnik. Facebook həyatımızın ayrılmaz bir hissəsi halına gəldikcə saytda köhnə sevgiliyə, nişanlıya, ya da yoldaşa rast gəlmək də qaçılmaz hala çevrilir. Yaxşı, bəs ayrıldıqdan sonra geridə qalmasını istədiyiniz bir həyatın izlərinin sizi ana səhifənizdə təqib etdiyini gördüyünüzdə nə hiss edirsiniz? Bu vaxta qədər edə biləcəyiniz tək şey həmin adamı bloklamaq ya da dost siyahısından çıxartmaqdan ibarət idi. Təbii ki, birlikdə tag olunmuş o qədər fotoşəkil hələ yerində qaldığı halda, bu o qədər də effektiv olmurdu. 

Artıq Facebook-un təqdim etməyə başladığı yeni xüsusiyyət sayəsində bu çətin vəziyyət geridə qalır. Bu vasitənin 3 əsas xüsusiyyəti var: Köhnə sevgilinizin sizinlə əlaqədar şeyləri məhdudlaşdırmaq, sizin köhnə sevgilinizlə əlaqədar nə qədər şey görə biləcəyinizi məhdudlaşdırmaq və ortaq dostlarınızın köhnə əlaqənizin nə qədərini görə biləcəyini məhdudlaşdırmaq. Facebook məhsul idarəçisi Kelly Winters bu yeniliklərin insanların köhnə əlaqələri səbəbiylə sovuşdurmaq məcburiyyətində qaldıqları çətin vəziyyətləri asanlaşdırmaq məqsədiylə uzun müddətdir sərf etdikləri səyin bir məhsulu olduğunu ifadə edib.

Bundan əvvəl bitirdiyiniz bir münasibətlərdən sonra böyük əziyyətlə münasibətə aid detalları Facebookda-kı həyatınızdan əlbəttə ki çıxara bilirdiniz. Yeniliyin fərqi, Facebook’un münasibət vəziyyətinizi dəyişdirdikdən sonra, sizə kömək əlini uzatması və çətin müddəti asanlıqla keçmənizi təmin etməsidir. Yeni xüsusiyyətlər artıq ABŞ-dakı istifadəçilər tərəfindən test edilməyə başlanıb. Facebook bunun tezliklə bütün dünyadakı istifadəçilərin çıxışına açılacağını ifadə edib.

Xəbər lenti
0