SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: Azərbaycan gərginliyi azaltmağa səy göstərməyə hazırdır

© AzərtacAzərbaycan prezidenti İlham Əliyev G20-nin Antalya sammitində
Azərbaycan prezidenti İlham Əliyev G20-nin Antalya sammitində - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKI, 27 noy — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik-in məlumatına görə, Prezident İlham Əliyev Çavuşoğini xarici işlər naziri vəzifəsinə təyin olunmağı münasibətilə təbrik edib: "Çox şadam ki, siz ilk səfəri Azərbaycana edirsiniz. Bu ənənə artıq neçə ildir ki, yaşayır. Həm dövlət, hökumət başçıları, həm nazirlər seçkilərdən sonra ilk səfəri qardaş ölkəyə edirlər. Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda Antalyada uğurla keçirilmiş G20 Zirvə görüşü münasibətilə təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik olan bir dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir".

Dövlət başçısı bildirib ki, G20-nin Antalyada keçirilən Zirvə toplantısı bir çox məsələlərdə Türkiyənin mövqeyinin mühüm rola malik olduğunu göstərib. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu vəzifəyə təyin edildikdən sonra ilk səfəri qardaş Azərbaycana etməkdən böyük qürur duyduğunu vurğulayıb: "Sizi də 1 noyabr parlament seçkiləri münasibətilə təbrik etmək istəyirəm. Eyni gündə həm Türkiyədə, həm də qardaş Azərbaycanda seçkilər keçirildi. Çox uğurlu seçki keçirdiniz. Beynəlxalq təşkilatların hesabatlarına da baxdım. Dünən Avropa Şurasının təsdiq hesabatlarına da baxdım".

Mövlud Çavuşoğlu Azərbaycanın G20-nin Antalyada keçirilən Zirvə toplantısında iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin G20-nin Zirvə toplantısında iştirakından qürur hissi keçirdiyini deyən Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu dövlət başçısının bu cür mötəbər tədbirdə beynəlxalq məsələlərlə bağlı söylədiyi dəyərli fikirləri yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan belə bir toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirib. Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə gələcəkdə daha da inkişaf etdiriləcəyinə, iki qardaş ölkənin prezidentlərinin liderliyi ilə bu əlaqələrin bundan sonra da yüksək səviyyəyə qaldırılacağına əminliyini ifadə edib.

Söhbət zamanı dövlət başçısı Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunaraq qeyd edib ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0