Çavuşoğlu Nardaran hadisəsini terror kimi qiymətləndirdi

Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin xarici işlər naziri Azərbaycanda Nardaran qəsəbəsində polislə dindarlar arasında baş verən olayı terror hadisəsi kimi qiymətləndirdi.

BAKI, 27 noy — Sputnik. Türkiyənin xarici işlər naziri Azərbaycanda Nardaran qəsəbəsində polislə dindarlar arasında baş verən olayı terror hadisəsi kimi qiymətləndirdi.

Sputnik xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Bakının Nardaran qəsəbəsində baş verən qanlı olaya münasibətini bildirib:

“Dünən Azərbaycanda baş verən terror hadisəsində iki polisin ölümü ilə bağlı Azərbaycana başsağlığı veririk”.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi terrorizmə qarşı mübarizə sahəsində də işbirliyi var: “Biz Azərbaycana bu məsələdə də dəstək verəcəyik. Təəssüf ki, Türkiyənin belə bir təcrübəsi var. Ümid edirik ki, Türkiyə və Azərbaycanda bir də terror olmayacaq”.

Xəbər lenti
0