Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: BTQ münasibətləri yeni mərhələyə çıxaracaq

© atvxeber.azElmar Məmmədyarov
Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin önəminə diqqət çəkmək üçün tikinti gedən əraziyə də baş çəkəcəklər.

BAKI, 27 noy – Sputnik. Dekabr ayında Gürcüstanın paytaxtı Tiflisdə, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti toplantısı olacaq. Bunu türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

Nazirin sözlərinə görə, Tiflisdə keçiriləcək görüşlərdə əsas gündəm, üç ölkə arasında həyata keçirilən iqtisadi regional layihələr olacaq. 

Hər üç ölkənin naziri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin önəminə diqqət çəkmək üçün tikinti gedən əraziyə də baş çəkəcəklər. 

“Tikinti bu il də olmasa, 2016-cı ildə başa çatıb istifadəyə veriləcək. Bu yolun istifadəyə verilməsi üç ölkənin münasibətlərini yeni mərhələyə çıxaracaq”, deyə Elmar Məmmədyarov qeyd edib.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, dəmiryolunun növbəti ildə başa çatacağını və bunun böyük regional əhəmiyyətə malik olduğunu bildirib. 

Xəbər lenti
0