BAKI, 27 noy — Sputnik. İranın İmam Xomeyni adına hava limanında Tehrandan – Nəcəf şəhərinə uçan təyyarə ilə təyyarə yədəkləyən nəqliyyat vasitəsi toqquşub. Bu barədə Trend məlumat verib.
Məlumata əsasən, hadisə İranın "Huma" hava yolları şirkətinə məxsus təyyarəni yədəkləyən nəqliyyat vasitəsi uçuş zolağına apararkən baş verib.
Hadisə nəticəsində təyyarənin gövdəsi xəsarət alıb. Hadisə uçuşun 10 saat gecikməsinə səbəb olub.
Hadisə zamanı sərnişinlərdən xəsarət alan olmayıb. Təyyarədəki problem həllini tapmadığı üçün 300 sərnişin digər təyyarə ilə Nəcəf şəhərinə uçub.