BAKI, 27 noy — Sputnik. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova ağır itki üz verib.
Sputnik “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gecə Ə. Həsənovun anası Səfiyyə xanım dünyasını dəyişib.
Mərhumə ilə vida mərasimi bu gün saat 15.00-da Əhmədli qəsəbəsindəki evində keçiriləcək.
Allah rəhmət eləsin!