BAKI, 27 noy — Sputnik. Noyabrın 13-də Fransanın paytaxtı Parisdə terror aktı törədənlər silahı internet vasitəsi ilə Almaniyadan alıblar.
Bu barədə Almaniyanın məşhur Bild qəzeti məlumat yayıb.
Qəzet xəbər verir ki, bu haqda məlumat Almaniya təhlükəsizlik orqanlarındaki mənbələr tərəfindən redaksiyaya ötürülüb.
Terrorçuların tapılması üçün Fransa ilə yanaşı Belçika və Almaniyada da axtarış-əməliyyat tədbirləri keçirilir.