BAKI, 26 noy – Sputnik. ABŞ prezidenti Barak Obama 2016-cı il üçün 607 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
Ağ Ev rəhbəri verdiyi yazılı açıqlamada, qanunun xüsusilə əsgərlər və onların ailələri üçün böyük faydası olacağını bildirib.
Obama, qanunda əsgərlərin pensiya sistemi və ABŞ-nın qlobal səviyyədə apardığı əməliyyatlar üçün də yeniliklər olduğunu deyib.