CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QMİ sədri: Azərbaycanda dini münaqişə yoxdur

© AZƏRTACАллахшукюр Пашазаде
Аллахшукюр Пашазаде - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda dinlər və təriqətlərarası münasibətlərin normaldır. Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

BAKI, 26 noy — Sputnik. “Azərbaycanda dinlər və təriqətlərarası münasibətlərin normaldır”. 

APA-nın məlumatına görə, bunu bu gün İran təhsil naziri Əliəsgər Faninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. 

A. Paşazadə deyib ki, Azərbaycan müstəqillik əldə etdiyi zaman ölkədə 17 məscid  olub, müstəqillikdən sonra məscidlərin sayı sürətlə artıb. QMİ sədri ölkəmizdə şiə və sünnilərin faiz nisbətinin də dəqiq məlum olmadığını bildirib: “Biz təriqətlərarası münasibətləri Azərbaycanda uğurla həll etmişik. Azərbaycanda dini münaqişə yoxdur”.

Xəbər lenti
0