Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nardaranda əməliyyat keçirilib, ölən və yaralananlar var

Nardaran piri
Nardaran piri - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar.

BAKI, 26 noy — Sputnik. Bakıda xüsusi əməliyyat keçirilib.

APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya əməliyyat keçirildiyini  təsdiqləyiblər.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş insidentlə bağlı prokurorluq tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


Xəbər lenti
0