BAKI, 26 noy — Sputnik. Türkiyənin «Turkcell» şirkəti region ölkələrindəki mobil operatorların sahibi olan “TeliaSonera”nın səhmlərini bütünlüklə almaq istəyir.
Bu barədə şirkətin CEO-su Kaan Terzioğlu bildirib.
Xatırladaq ki. hazırda «Turkcell» şirkəti “TeliaSonera”nın səhmlərinin 41,45%-ə sahibdir. İndi isə türk şirkəti səhmlərin qalan 58,5%-ni almaq istəyir. Artıq bununla bağlı danışıqlara başlayıb.
Azərbaycanın ən böyük mobil operatoru sayılan «Azercell»in səhmlərinin bir hissəsi də “TeliaSonera”ya məxsusdur. «Turkcell» şirkətinin niyyəti baş tutsa, «Azercell»in həmin səhmləri «Turkcell»in nəzarətinə keçəcək.