BAKI, 26 noy – Sputnik. MDB məkanının ən gözəl və müasir dənizkənarı bulvarlardan biri Sumqayıtda tikilir. Bu barədə məlumatı Sputnik-ə Şəhər icra hakimiyyətində veriblər.
Parkın tikintisi üzrə işlərə artıq "Sumqayıt şəhərinin yeni siması" layihəsi çərçivəsində başlanılıb. Bulvarın ümumi sahəsi 110 hektar təşkil edəcək, uzunluğu isə 5 kilometrdən artıq olacaq.
Layihəyə əsasən, bulvarda velosipedçilər, kiçik avtomobillər, eləcə də qaçış üçün xüsusi yollar tikiləcək.
Park nadir növ ağac və bitki ilə tam təchiz olunacaq. Parkda bir neçə iri ticarət və əyləncə mərkəzləri, eləcə də attraksionlar tikiləcək.
Sumqayıt bulvarından Bakıya sərnişin gəmiləri və katerlər işləyəcək.
Park iki ildən sonra istifadəyə veriləcək.