BAKI, 26 noy — Sputnik. Bu barədə Sputnik-ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə bu gün axşam gələcək.
"Çavuşoğlu rəsmi görüşlərə sabah başlayacaq. Cavuşoğlu ilk olaraq Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək. Ondan sonra Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və Xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşlərdə iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində müzakirələr aprılacaq. Görüşlərdə son günlərdə regionda yaranmış durum və iki ölkənin yaranmış durumla bağlı fəaliyyətlərinin koordinasiya edilməsi məsələsi müzakirə olunacaq."
Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra isə KİV nümayəndələri üçün birgə konfrans keçiriləcək.
Səfər sabah günü ikinci yarısında bitəcək və Çavuşoğlu Ankaraya dönəcək.
Xatırladaq ki, bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.