SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev 5 səfiri geri çağırdı

© conflict.azİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Estoniya, BƏƏ, Argentina, Türkmənistan və Qazaxıstandakı səfirləri geri çağırılıb

BAKI, 25 noy-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Tofiq Zülfüqarovun ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sputnik xəbər verir ki, dövlət başçısının digər sərəncamları ilə Elxan Qəhrəmanov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri postundan, Məmməd Əhmədzadə ölkəmizin Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında səfiri vəzifəsindən, Vəhdət Sultan-zadə ölkəmizin Türkmənistanda və eyni zamanda Əfqanıstandakı səfiri vəzifəsindən, Zakir Həşimov isə Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırılıb.

Həmçinin dövlət başçısının sərəncamları ilə Rəşad Məmmədov Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu vəzifəsindən, Həsən Zeynalov isə Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu və eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Xəbər lenti
0