CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdəki münaqişələr Azərbaycan turizmini də vurdu

© Photo : WikipediaAntalya
Antalya - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox xarici ölkələrdə ictimai-siyasi vəziyyətin qeyri-sabit olması Azərbaycandan xarici ölkələrə turlar təşkil edən şirkətlərin turpaket satışını da azaldıb.

BAKI, 25 noy-Sputnik. Bir çox xarici ölkələrdə ictimai-siyasi vəziyyətin qeyri-sabit olması Azərbaycandan xarici ölkələrə turlar təşkil edən şirkətlərin turpaket satışını da azaldıb. 

Sputnik-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, əsas azalma həm Şərq, həm də Qərb ölkələri üzrə turlar təşkil edən şirkətlərin turpaket satışında özünü göstərir.

Bu hadisələrin bundan sonra da "getmə turizm"ə öz təsirini göstərəcəyini deyən M.Ağarkərimov bildirib ki, xaricə getmək istəyən Azərbaycan turistlərinin sabit vəziyyəti olan ölkələrə səfər etməsi tövsiyə edilir: "Məsələn, BƏƏ, Çexiya, Polşa, Baltikyanı ölkələr, Sloveniya, Slovakiya və digər ölkələrdə təlatümlər olmadığından vətəndaşlarımız oraya səfər edə bilərlər. Almaniya, Fransa, Belçika və Macarıstanda qacqınlarla bağlı bəzi problemlər yaşanır. Ona görə də turistlərin oraya getməsi məsləhət görülmür".

M.Ağakərimov hesab edir ki, bu azalma ölkənin daxilində qış turizmi üzrə təşkil edilən turların satış səviyyəsini yüksəldəcək.

Azərbaycanın aparıcı turizm şirkətlərindən olan "Millennium Tourism Lufthansa City Center"in baş direktoru Ruslan Quliyev Trend-ə bildirib ki, Şərqi Avropa ölkələri üzrə turların satışında elə bir dəyişiklik olmasa da, Qərbi Avropa istiqaməti üzrə, xüsusilə Parisə uçmaq istəyənlərin sayı azalıb. Onun sözlərinə görə, xaricə getmək istəyənlərin sayının azalmasına baxmayaraq, Azərbaycanın bölgələrindəki hotellərdə yer bron edənlərin sayı artıb.

"AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev isə Trend-ə bildirib ki, baş verən hadisələr daha çox Parisə getmək istəyənlərin sayına təsir göstərib.

Onun sözlərinə görə, Parisdə baş verən hadisələrdən sonra həmin istiqamət üzrə uçmaq istəyənlər istiqamətlərini dəyişiblər və Praqaya üz tutublar.

Xəbər lenti
0