BAKI, 25 noy — Sputnik. Türkiyənin məşhur aktrisası Türkan Şorayın Azərbaycana gələcəyi tarix dəyişdirilib.
Sputnik report.az-a istinadən xəbər verir ki, aktrisa Bakıya dekabrın 9-da gələcək. Buna səbəb sənətçinin Türkiyədə bəzi işlərinin olmasıdır. Lakin, onun rejissoru olduğu "Uzaklarda arama" filmi sabahdan etibarən Nizami Kino Mərkəzində nümayiş etdiriləcək. Filmin qala gecəsi isə Türkan Şorayın iştirakı ilə baş tutacaq.
Nizami Kino Mərkəzində keçiriləcək qala gecəsinə Türkiyədən 6 nəfər qatılacaq. Filmin rejissoru Türkan Şoray, baş rolun ifaçısı isə qızı Yağmur Ünaldır. Filmdə Sevda Erginci, Mehtap Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp, Kaan Urgancıoğlu, Ekin Türkmen, Sema Keçik və başqaları çəkilib.
Türkan Şoray Bakıya noyabrın 26-da gəlməli idi.