BAKI, 25 noy — Sputnik. Taliban döyüşçüləri Əfqanıstanda Moldovaya məxsus helikopteri vurublar. Onlar göyərtədə olan sərnişin və heyət üzvlərini də əsir götürüblər.
Sözügedən helikopter Əfqanıstanda BMT-nin himayəsi altında sülhməramlı missiyada iştirak edirdi.
Hadisəni Moldovanın daxili işlər naziri Oleq Balan da təsdiqləyib.