Mövlud Çavuşoğlu Sergey Lavrova başsağlığı verib

© Sputnik / Eduard Pesov / Mediabanka keçidMövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.

BAKI, 25 noy-Sputnik. Bu gün Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.

Sputnik xəbər verir ki, bu məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə jurnalistlərə deyib. O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib: "Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, baş verən hadisə — "Su-24" təyyarəsinin vurulması ilə bağlı insidentlə əlaqədar bizə başsağlığı verdi".

S. Lavrov M. Çavuşoğlunun Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu söylədiyini də əlavə edib: "Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır".

S. Lavrov iddia edib ki, "Su24" Suriyada "İŞİD"in neft yataqlarına zərbə endirdikdən sonra vurulub. O, Türkiyə ilə müharibəyə hazırlaşmadıqlarını da əlavə edib. Nazir Türkiyə ilə münasibətlərə ciddi şəkildə yenidən baxacaqlarını vurğulayıb: "Terrorçular Türkiyə ərazisindən Suriyada və digər ölkələrdə terror aktlarının hazırlğı üçün istifadə edirlər. Bu fakt heç kəs üçün sirr olaraq qalmamalıdır".

Türkiyəyə səfərindən imtina etməsi barədə danışan Rusiya XİN başçısı qeyd edib ki, Mövlud Çavuşoğlu bu addımın qaçılmaz olduğunu anlayır: "Bununla yanaşı, Türkiyə Rusiya ilə dialoqun mümkünlüyünə ümid edir. Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Rusiya ilə beynəlxalq tədbirlərdə ikitərəfli dialoqa ümid etdiyini söylədi".

Xəbər lenti
0