BAKI, 25 noy — Sputnik. İltimas Məmmədov rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində qalıb.
Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.
Onun sözlərinə görə, İ.Məmmədov daha əvvəl rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsini tutub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.