Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkədə fövqəladə vəziyyət elan olundu

Abunə olmaq
Terror hücumu zamanı prezident avtobusda olmayıb.

BAKI, 25 noy – Sputnik. Tunisdə ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. Bu barədə ölkə prezidenti Kaid Essebsi sərəncam verib. Paytaxtda isə komendant saatı tətbiq edildiyi bildirilir. 

Prezident mühafizəsi avtobusunun partladılmasından sonra komendant saatı qərarı verilib. Naməlum şəxslər tərəfindən törədilən partlayışda azı 12 nəfər dünyasını dəyişib.

Ölkəsinin terrorizmlə müharibə vəziyyətində olduğunu bildirən Tunis prezidenti, dünya ictimaiyyətini ekstremizmə qarşı mübarizədə əməkdaşlığa çağırıb.

Terror hücumu zamanı prezident Essebsi avtobusda olmayıb.

Xəbər lenti
0