BAKI, 25 noy – Sputnik. Latın Amerikası ölkəsi olan Peruda 7.5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Limadan 168 km şimal-qərbdə qeydə alınıb.
Bu barədə Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar ölkənin Çuzko, Takna, Pusallpa və Arequipa şəhərlərində, o cümlədən qonşu Çili, Argentina və Boliviyada da hiss edilib.
Peruda 8 il öncə 2007-ci ilin avqustunda baş vermiş zəlzələ nəticəsində 595 nəfər həyatını itirmişdi.