Evtanaziyaya rəsmi icazə verilməsi haqda mübahisələr ötən əsrin 70-ci illərində başlayıb, lakin hələ də bitmək bilmir. Tibb sahəsi çox inkişaf edib. Bəzi mütəxəssislər əzabların dözülməz olduğu hallara xüsusi diqqət yetirməyə çağırırlar. Birinci Moskva Tibb Universitetinin professoru Aleksandr Nedostup hesab edir ki, belə xəstələr üçün əzabdan qurtulmağın yeganə yolu ölümdür:
“İnsanın əzab çəkməyinə və bu əzabın ümüdsüz olduğuna baxmaq, onun sağalmayacağını və ağır əzablardan sonra öləcəyini bilmək çətindir. Bu işgəncəni dayandırıb hər şeyə təbii yol ilə son qoymaq – təbii insan hissləridir. Bu hiss ədalətli və aydındır”.
Lakin unutmaq olmaz ki, xəstə, ağrılarını görən yaxınlarını da əzab çəkməyə məcbur edir.
Evtanaziyaya rəsmi icazə verən ilk ölkə Hollandiya oldu. Hələ 20-ci əsrin 80-ci illərində orada bu prosedura icazə verilirdi. “KrioRus”un icraçı direktoru Valeriya Praydın sözlərinə görə, evtanaziyaya icazə verən ölkələrin sayı artmaqdadır:
“Fərdi şəxslərin hüquqlarına hörmət edərək bir çox ölkələr, xüsusilə də Avropa ölkələri evtanaziyaya icazə verməyə başlayırlar. Məsələn, İsveçrədə buna həmişə icazə var. Orada öz üzvləri üçün evtanaziya təcrübəsi keçən 600 yaxın qeyri-kommersiya təşkilatları var. Son vaxtlar biz KİV-ində bu prosedurun Belçikada müəyyən kateqoriyalar üçün icazə verildiyini müşahidə edirik. Anlamaq lazımdır ki, insan mövcudluğunun böyük əzablara səbəb olduğu hallar var. Bəziləri evtanaziya prosedurunun əlçatan olacağından qorxur. Lakin cinayət sxemlərini nəzərə almasaq, yetkin və ağıllı insan hüquqlarından, eləcə də ölmək imkanından istifadə edə biləcəyini anlamalıdır. Xüsusilə bu, şiddətli ağrıları olan insanlara aiddir”.
Aleksandr Nedostup eləcə də bildirib ki, bu problemin mənəvi aspektlərini də kiçiltmək olmaz:
“Eyni zamanda, bu problemin olduğu qədər, ona qarşı etirazlar da var. Çox ağıllı və nəcib insanlar deyirlər ki, başqa çıxışın olmadığı təqdirdə, belə davranmaq lazımdır. Məsələ aydındır. Lakin bunun yaradanın planlarına zidd olması mane olur. Yaradan bunu istəmirdi fikrindən sonra çətin məqam yaranır – nəyə görə insan əzab çəkir; xəstəlikdən, həyatdakı çətinliklərdən, ölümdən əvvəl əzab çəkir və s. Lakin bu çox uzanır. Buna görə dini, müqəddəs kitablar oxumaq lazımdır. Yaradanın qanunlarını pozmaq inanan insanlar üçün günah hesab olunur”.
Buna görə də, xəstənin ağrılarını azaltmaq üçün başqa yollar tapmaq lazımdır, ekspert davam edir:
“Məsələnin həlli belədir: keyfiyyətli anesteziya və psixotrop vasitələr, hansılar ki, insanı mənəvi və əxlaqi əzablardan, eləcə də ümidsizlikdən məhrum edirlər, lakin öldürmürlər. Və belə haqla, ona təbiətin dediyi zamanda getməyə imkan verin. Və o sakitcə gedəcək”.
Evtanaziya əleyhdarları xəbərdarlıq edirlər: getdikcə bu addımı atmaq üçün yeni səbəblər qəbul olunur. Məsələn, 2013-cü ildə elə Belçikanın özündə fiziki ağrı və əzab çəkməyən insanlara bu prosedur icazə verildi. İki əkiz qardaşlar körpəlikdən kar idilər, 45 yaşlarında isə gözləri kor olmağa başladı. Onların ikisinə də eyni diaqnoz qoyuldu. Sakitlik və qaranlıqda yaşamaq onlar üçün dözülməz çətinlik kimi qəbul olundu.