Torpaqlardan qeyri-qanuni istifadənin qarşısı alınacaq

Torpaq
Torpaq - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, kənd təssərüfatı ilə məşğul olan fermerlər aqrar sahə üçün yararlı torpaqlardan daha geniş şəkildə istifadə edə biləcək

Torpaqlardan qeyri-qanuni istifadənin qarşısı alınacaq
Torpaqların qeyri-qanuni istifadə edilməsi və zəbt olunması, həmin torpaqlarda qanunsuz evlərin, villaların tikilməsi məsələsi, toprpaqların qanunsuz istifadə edilməsinə və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar qanun Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin qeyd olunan əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

İqtisadçı ekspert Vüqar Bayramlının fikrincə, cəzaların sərtləşdirilməsi torpaqlardan qeyri-qanuni istifadənini qarşısını alacaq və bu sahədə qayda-qanunun yaradılmasına imkan verəcək:

“Sözü gedən fərman vətəndaşların hüquqlarının qorunması və eyni zamanda kənd təssərüfatı torpaqlarının daha səmərəli sitifadə edilməsi məqsədi daşıyır. Kənd təssərüfatı üçün yararlı olan torpaqlarının müəyyən iş adamları və imkanlı şəxslər tərəfindən zəbt edilməsi hətta orada kifayət qədər böyük tikintilərin inşa edilməsi hallarına rast gəlinirdi ki, bu son sənəddə də məqsəd belə halların qarşısını almaqdır. Eyni zaman  məqsəd aqrar sektor və vətəndaşların istifadəsi üçün lazım olan torpaq fondunun artırılmasına nail olmaqdan ibarətdir. Cərimələrin məbləğinin artırılması, cinayət məsuliyyətinin müəyyənləşdirilməsi kənd təssərüfatı üçün yararlı torpaqlarının zəbt edilməsinin qarşısını alacaq. Kənd təssərüfatı ilə məşğul olan fermerlər və ya fərdi təssərüfatçılar artıq aqrar sahə üçün yararlı torpaqlardan daha geniş şəkildə istifadə edə biləcək. Bu eyni zamanda kənd təssərüfatının dəstəklənməsi baxımından olduqca vacib idi. O baxımdan gözləyirik ki, son sənəd bu sahədə qayda-qanunun yaradılmasına imkan verəcək. Təbii ki, Azərbaycan vətəndaşları da Prezidentin imzaladığı son sənəddən faydalanmaq imkanlarına malik olacaqlar”.

Eyni zamanda Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda qanunsuz hərəkətlər edənlərin də cəzaları sərtləşdirilir. 

Hüquqşünas Mehman Muradlı isə sərəncamın Xəzər sahillərinin qanunsuz zəbt edilməsinin qarşısını alacağını düşünür:  

“Tək Abşeron yarımadasında 400 mindən artıq belə qanunsuz torpaq zəbtləri var. Bunu da əsasən bələdiyyə üzvləri edirlər. Belə deyək, onlarda vəzifəli şəxslər kimi vəzifələrindən sui-istifadə edərək belə adıım atırlar. İndiyə kimi Cinayət Məcəlləsində cəza sərt deyildi. Bələdiyyə də seçkili orqan olduğundan onlarda seçkili orqanın üzvü kimi bundan çox rahatçılıqla istifadə edirdilər. Cinayət və İnzibati Xətalar məcəllələrində o cərimələrin artırılması bir az gecikmiş olsa da amma, faktiki olaraq o cəhdlərin qarşısını alacaq. Amma, indiyə kimi olan cəhdlər məsələsi isə açıq olaraq qalır. Mülki Məcəllədə bəzi məsələlər açıq qalıb deyə, o məsələlər konkretləşməlidir azından Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı bir qərar verməlidir. Amma, Cinayət və İnzibati Xətalar məcəllələrində olan dəyişikliklər təqdirə layiqdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun 2015-ci il 30 sentyabr tarixində qəbul edilmişdir.

Xəbər lenti
0