Rəcəb Tayyib Ərdoğanın çağırdığı təcili toplantı başa çatıb

© Murat Cetinmuhurdar/Pool Photo via APƏrdoğan Prezident Sarayında
Ərdoğan Prezident Sarayında - Sputnik Azərbaycan
Abunə olmaq
Əsas müzakirə mövzusu Türkiyə sərhədlərinin toxunulmazlığı, Suriya sərhəddində Türkiyənin hava sərhəddini pozan rus döyüş təyyarəsinin angajman qaydaları çərçivəsində vurulması olub.

BAKI, 24 noy-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırdığı bölgədəki təhlükəsizlik məsələlərinə həsr olunmuş toplantı başa çatıb. 

Sputnik xəbər verir ki, toplantı Ankaradakı Prezident Sarayında keçirilib. Toplantıya baş nazir Əhməd Davudoğlu, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, MİT Müsteşarı Hakan Fidan və bir sıra nazirlər qatılıblar.

Mediaya qapalı olan toplantı 1 saat 15 dəqiqə davam edib. Burada Türkiyənin milli təhlükəsizliyi və regional problemlər müzakirə edilib. Əsas müzakirə mövzusu Türkiyə sərhədlərinin toxunulmazlığı, Suriya sərhəddində Türkiyənin hava sərhəddini pozan rus döyüş təyyarəsinin angajman qaydaları çərçivəsində vurulması olub.

Toplantıda Suriyanın Bayırbucaq bölgəsindəki son vəziyyət də müzakirə edilib.

Xəbər lenti
0