SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident dörd rektoru vəzifəsindən azad edib

© AZƏRTACİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
İşdən çıxarılan rektorlar 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasından deputat seçiliblər.

BAKI, 24 noy —Sputnik. Azərbaycan prezidenti İlham Əliyev dörd universitet rektorunun tutduğu vəzifədən azad edilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb.

Bu sərəncamlara əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov vəzifələrindən azad ediliblər.

Adı çəkilən hər dörd rektor 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasından deputat seçiliblər.
Onların qarşısında Yeni Azərbaycan Partiyası tərəfindən belə bir şərt qoyulmuşdu ki, deputat seçildikləri təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.

Xəbər lenti
0