BAKI, 24 noy – Sputnik. Türkiyənin hava məkanını pozan Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsinin pilotlarından biri Suriyalı müxaliflərin əlinə keçib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Digər pilotdan isə hələlik xəbər yoxdur.
Pilotları xilas etmək üçün iki helikopterin həmin əraziyə eniş etməsinə türkmən döyüşçülər icazə vermir.
Bu arada Rusiya prezidenti Vladimir Putin, məsələ ilə bağlı BMT-ni təcili toplantıya çağırıb.
Bu gün səhər saatlarında Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava məkanını pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 5 dəqiqə içində 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü vuraraq zərərsizləşdiriblər.