Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Soğan suyunun elə möcüzələri var ki...

© mercekportSoğan
Soğan - Sputnik Azərbaycan
Abunə olmaq
Faydalarını siz də oxuyun.

BAKI, 24 noy – Sputnik. Yediyimiz yeməklərin, salatların tərkibində olan soğanın özü qədər, suyu da bir çox xəstəliyin müalicəsində olduqca effektivdir.

Soğan suyunun tərkibindəki yağ yandırıcı fermentlər və anti bakterial maddələrin təsiri təhlükəli xəstəliklərin orqanlara yayılmasını önləyir.

Soğan suyunun faydalarını siz də oxuyun…

Astma və bronxit xəstəliklərinə qarşı olduqca təsirlidir. Xüsusilə bəlğəm istehsalını azaldıb, bəlğəm təmizləyicisi xüsusiyyətləri mövcuddur.

Vərəm xəstəliyindən qorunmağa kömək olur.

Yuxusuzluğu aradan qaldırır.

Bədəndəki artıq piyləri əridir.

Qızdırmanı aşağı salır.

Bədəni rahatlaşdırır və sidiyi normallaşdırır.

İmmunitet sistemini gücləndirir və xəstəliklərə qarşı bədəni daha dayanıqlı edir.

Prostat ağrıların azalmasına yardımçı olur.

İştahı açır.

Sümük əriməsinə qarşı olduqca təsirlidir.

Qadınların rəhm və yumurtalıqlarda yaşadığı problemlərdə müalicə rolunu oynayır.

Xərçəng xəstəliyinin qarşısının alınmasında əhəmiyyətli faktor olan kersetin maddəsi, soğan suyunda olduqca boldur.

Tərkibindəki flavonoid sayəsində damarların genişlənməsinə, ürəyin güclənməsinə fayda verir.

Tərkibində olan esterlər səbəbiylə, qandakı laxtalanmalara maneə olur.

Xəbər lenti
0