BAKI, 24 noy — Sputnik. V çağırış MM-in ilk sessiyasında məhdud sayda KİV nümayəndələri iştirak edəcək. Bu barədə Sputnik-ə Milli Məclisdən verilib.
Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında cari ilin noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərə baxılıb və iclasın yekunu olaraq seçkinin nəticələrini təsdiq edib.
Qanunvericiliyə görə, Konstitusiya Məhkəməsinin qərarından sonra Milli Məclisin ilk iclası keçirilməli və rəhbər strukturlar seçilməlidir.
Bu gün Milli Məclisin ilk iclası keçriləcək və ilk sessiyasında MM-in sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.
İlk sessiyada prezidentin də iştirakı gözlənilir.
Parlamentdən o da bildirildi ki, ilk sessiyaya geniş sayda KİV nümayəndələri buraxılmayacaq.