Belə çıxır ki, ABŞ, vəziyyətin tam əks olduğunu göstərən Rusiyanın çoxsaylı dəlillərini qəbul etmir. Rusiya tərəfi hesab edir ki, Suriyada siyasi vəziyyəti tənzimləmək üçün əvvəl İŞİD və ona bənzər strukturları məhv etmək lazımdır.
Fikrimcə, Obamanın dediklərini demokratiya dilindən real siyasət dilinə çevirsək görərik ki, söhbət yenə də Rusiya rəhbərliyinin qarşısına qoyulan seçimdən gedir: Rusiya Suriya və digər beynəlxalq məsələlərdəki müstəqil xəttindən imtina etməlidir, və ya qəbul etməlidir ki, ABŞ bütün yaranacaq nəticələrə baxmayaraq, onun ziddinə hərəkət edəcək.
Amerikalılar öz bildiklərindən geri çəkilmirlər: beynəlxalq münasibətlərdə hər hansı bir qarşılıqlı fəaliyyət yalnız onların şərtləri ilə mümkündür. Bəziləri hesab edirlər ki, İŞİD təhlükəsi Obamanı, Rusiyanın təcrid olunmasını unutmağa məcbur edəcək. Lakin amerikalılar, məhz qlobal planlarını həyata keçirmək üçün daha bir vasitə qazanmaq məqsədilə, radikal islamın güclənməsinə imkan yaradırdılar. Axı İŞİD kimi vasitə ilə mübarizə aparıb onu məhv etmək nəyə lazım?
Bildiyimiz kimi, prezident Putin həmişə, "praqmatik" siyasət apardığını vuğulayıb. Yəni o, müəyyən hallarda onlara uyğun hərəkət edəcək. Amerikalılar isə strateji məqsədlərinə uyğun hallar yaradırlar, o cümlədən Suriyada.
Mənim fikrimcə, "Qərb tərəfdaşları" Putinin gözlərimiz qarşısında baş verən, 1990-2000-ci illərdə subyektivliyin itirilmiş aspektlərinin bərpasına töhfə verən daxili təkamülünü görmürlər. Rusiyanın beynəlxalq sferada rolunun bərpası ABŞ-la qarşıdurmanın artmasının qaçılmaz olduğunu müəyyənləşdirir. Və heç kimi "sanksiyaların sürətli dayandırılması", "Qərb ilə ittifaq", "faydalı qarşılıqlı əməkdaşlıq" kimi fikirlərlə çaşdırmaq lazım deyil.
Bu gün məsələ yenə də mədəni və tarixi xüsusiyyəti olan qarşıdurmadadır. Qərb siyasətçiləri çalışırlar ki, Rusiyanın qlobal əsarət altında uzun müddət qalmasından istifadə edərək, onu siyasi, mədəni və mənəvi cəhətdən təmamilə sındırsınlar, öz təsirləri altına salsınlar. Bu məqam çox mühümdür və mən əminəm ki, Rusiyanı qoruyub saxlamaq üçün, biz 1380-ci ildəki kimi mübarizə aparmalıyıq, "sanksiyaların artırılması", "təcrid" və digər məsələlərə baxmayaraq.
Tarixi analogiyalardan müasir konkretliyə qayıdaq. KİV-in məlumatlarına görə, nazır Lavrov xəbərdarlıq edib ki, növbəti “pərdəni” asan zaman Qərb özünə xəsarət yetirə bilər. Biz onun bunu edəcəyini gözləyək və ya özümüz ona xəsarət yetirək ki, heç “pərdəyə” ehtiyyac olmasın?
Mixail Demurin,
“Rossiya seqodnya” üçün