BAKI, 23 noy-Sputnik. Noyabrın 24-dən etibarən 88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək.
Sputnik Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadən xəbər verir ki, 88 saylı marşrut avtobusunun qısaldılmış xətti metronun "28 May" stansiyasına qədər idi və sabahdan etibarən əvvəlki xətti ilə, yəni 20-ci sahəyə qədər hərəkət edəcək.
"Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili" MMC 88 saylı marşrut avtobusunun qısaldılmış xəttinin metrostansiyaların yanından keçməməsini, əhalinin bir neçə marşrut avtobusu dəyişərək həm zaman itkisi, həm də maddi itki ilə qarşılaşmasını, mürəkkəb hava şəraitinin olmasını və vətəndaşların çoxsaylı istək və müraciətlərini nəzərə alaraq 88 saylı marşrut avtobusunun əvvəlki xəttini bərpa edib.