BAKI, 23 noy – Sputnik. Pakistan və Hindistan arasında münaqişəli zona sayılan Kəşmirdə Hindistana məxsus helicopter qəzaya uğrayıb. İçərisində 7 nəfər olan helikopterdən xilas olan olmayıb.
Hadisə Cammu bölgəsinin Katra şəhərində yaşanıb.
Xəbərə görə, sərnişinlər “Vayşno-devi” budist məbədini ziyarətdən qayıdırmışlar.
Həmin ərazidə, bu ilin mayında da oxşar qəza yaşanmış, avtobusun dərəyə yuvarlanması nəticəsində 23 nəfər həyatını itirmişdi.