Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəzzada qədim türk pulu tapılıb

© timeturk.comQədim türk pulu
Qədim türk pulu - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərin bələdiyyə sədri Nihad əl Muqanni, sahədə daha çox tarixi sikkə ola biləcəyini, bunun üçün də qazıntı işlərinə davam ediləcəyini açıqlayıb.

BAKI, 23 noy – Sputnik. Fələstinin Qəzza bölgəsində Osmanlılar dövrünə aid qədim əskinazlar tapılıb.

Osmanlıya aid pullar Qəzza şəhər bələdiyyəsinin Əş-Şücaiyyə bölgəsində apardığı qazıntı işləri zamanı aşkarlanıb. İçərisində çoxlu sayda pul olan qablar arxiv muzeyinə göndərilib.

Qəzza şəhər bələdiyyə sədri Nihad əl Muqanni, sahədə daha çox tarixi sikkə ola biləcəyini, bunun üçün də qazıntı işlərinə davam ediləcəyini açıqlayıb.

Xəbər lenti
0