BAKI, 23 noy — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Dubaydan Bakıya aşağı büdcəli uçuşları dayandırması ilin bu mövsümündə həmin istiqamətdə tələbatın azalması ilə bağlıdır.
Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, böyük sərnişin axınının olduğu Yeni ildə loukost reys bərpa ediləcək.
P.Kəsəmənski qeyd edib ki, Bakı-Dubay marşrutu üzrə adi reyslər normal rejimdə həyata keçirilir.