BAKI, 23 noy — Sputnik. Argentinada 12 illik "Kirçnerlər" dövrü başa çatıb. Ölkədə keçirilən prezident seçkilərinin nǝticǝlǝrinǝ ǝsasǝn Maurisio Makri 52 % sǝslə yeni dövlət başçısı olub. Onun rəqibi, Daniel Sioli isǝ sǝslǝrin sadəcə 48%-ni yığıb.
Rəqibi Maurisio Makrini təbrik edən Daniel Sioli ona prezident postunda uğurlar arzulayıb.
Beləliklə, Argentinada 2003-cü ildǝ hakimiyyǝtǝ gǝlǝn Nestor Kirçner vǝ daha sonra xanımı Kristina Fernandes ilǝ 12 il davam edǝn "Kirçnerlǝr dövrü" sona çatıb.