BAKI, 23 noy — Sputnik. "Yeni hökumət tezliklə qurulacaq". Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu jurnalistlərə açıqlamasında deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəklərini deyən Davudoğlu, hökumət qurma məsələsində təbii prosesin davam etdiyini bildirib.
Suriyada türkmən bölgələrin yaşadığı drama da toxunan baş nazir, orada baş verənləri təqib etdiklərini, ciddi təhlükə yaranarsa anında cavab veriləcəyini söyləyib.
"Türkiyəyə qarşı hər hansı təhdid yaranarsa, dərhal cavab verilməsi üçün orduya tǝlimat verilmişdir" — deyǝ Davudoğlu ifadǝ edib.
Bəşər Əsədə sadiq ordu qüvvələri Rusiyanın havadan hərbi dəstəyilə türkmənlər yaşayan bölgələrə qurudan əməliyyat başladıb.