CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailədə əriyən adamlar

© timesliveUnhappy family
Unhappy family - Sputnik Azərbaycan
Abunə olmaq
Qadınlar niyə ailədən bezirlər?

BAKI, 21 noy-Sputnik. Müasir dünyanən ən böyük problemlərindən biri də ailədir. İnkişaf edən texnologiyalar bir tərəfdən, əksər ailələrdəki oxşar problemlər də başqa tərəfdən klassik ailənin əsaslarını dağıtmaqdadır. Sputnik, Kayzen on-line nəşrinə istinadən müasir ailələrin çoxunda yaşanan problemlərlə bağlı yazını təqdim edir. 

"Yəqin ki qadınların çoxu bir neçə il nikahda olarkən heç də hər şeyin onların istədiyi şəkildə getmədiyini və daxilən nəyinsə onları bezdirdiyini seziblər. Amma ola bilər ki, bu ərəfədə ailənizdə uşaq peyda olur və bütün diqqət onun üzərində cəmlənir. Uşaqlar səadətdir! Əsl səadət! Amma uşaqlar da böyümə xüsusiyyətinə malikdirlər. Onlar böyüyürlər, amma siz yox. Və nəhayət övladlarınızı irəlidə sərbəst həyatın gözlədiyini başa düşərək, diqqətinizi onun üzərindən bir az da olsa çəkdikdə görürsünüz ki, tək qalmısız. Lakin bu, heç də sözün əsl mənasındakı tənhalıq deyil. Ər var axı! Birdən yadınıza düşür ki, artıq neçə ildir onunla ayrı-ayrı çarpayılarda yatırsız və sizin cinsi həyatınız o qədər boşalıb ki, hətta onun nə vaxtsa mövcud olduğunu belə qəbul etmək çətinləşir sizin üçün. Birdən güzgüdəki əksinizi gördükdə artıq cavan bir qız olmadığınızı və saçlarınızın ağarmağa başlaması ilə əlaqədar hər ay onları rənglənməli olduğunuzu görürsüz. Ancaq kiminsə qocalığına baxmayaraq, saçları hələ ağarmayıb. Amma sizin ağarıb. Hətta üzünüz belə əvvəlki kimi təravətli deyil.

Siz öz işinizi, məişət həyatı isə öz işini görür. Lakin aydın məsələdir ki, siz yalnız yaxşılıq etmək istəmisiz və zaman-zaman özünüz haqda unudub hər kəsin qayğısına qalmısınız. Amma siz təəssüflənmirsiniz və əgər həyatınıza yenidən başlamış olsaydınız, həmin kişidən, həmin mənzildən, həmin ailədən başlayardınız. Mən bilmirəm, ərim mənə xəyanət edir, yoxsa yox. O, yaxşı insandır. Ancaq bizim aramızda heç vaxt mənəvi yaxınlıq olmayıb. Daha doğrusu, biz məişət nöqteyi-nəzərindən yaxınıq. Biz uşaq baxımından, bütün maddi məsələlər baxımından, mənzilin təmiri, yeni maşının alınması baxımından çox yaxınıq. Lakin biz heç vaxt mənəvi cəhətdən yaxın olmamışıq. Bəlkə də ona görə ki, biz çox fərqli insanlarıq. Mən öz daxili qəribəliklərimlə bir az romantik qadınam. Amma o, rasional insandır və heç vaxt məni başa düşməyib. Mən də heç vaxt məcbur etməmişəm. Yox, deməli yox.

Və budur müəyyən zamandan sonra mən dönüb öz həyatıma baxdıqda, küncdə dayanmış bu tənha çarpayını görürəm. Soyuq çarpayı mənə hər şey üçün təşəkkürdür. Maraqlısı da odur ki, bu məni tam qane edir, mən ikinəfərlik çarpayıda yatmaq istəmirəm. İstəmirəm, onunla istəmirəm. Ona qarşı əsəb, kin yoxdur. Sadəcə olaraq onda mənə, məndə də ona qarşı bir biganəlik var.

Bizim ailə həyatımız həmişəki kimi ailə olaraq davam edir. Biz ailəyik, möhkəm ailə. Mən onu heç bir şeyə dəyişmərəm, onu da hər şey qane edir. Elə məni də. Yalnız hərdən bu ayrılmış çarpayılar insanın boğazında bir yığın kədər kimi hiss olunur. Ona görə ki, nə vaxtsa onlar yox idi, bir tək böyük çarpayı var idi, hansında ki, mən və o yatırdıq və heç vaxt darıxmırdıq. Amma indi… İndi ailə həyatının dəbdəbəli mələfələrində heç nə əvvəlki deyil, hər şey dəyişib."

Xəbər lenti
0