BAKI, 21 noy — Sputnik. "Unibank" baş vermiş kadr dəyişikliyinə münasibət bildirib.
Bankdan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov bu gündən öz karyerasını iri qeyri-maliyyə holdinqində davam etdirəcək.
Bundan başqa, açıqlamada qeyd edilib ki, Korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev ölkədə fəaliyyət göstərən kommersiya banklarının birinə keçib.
İ. Okayevi Məcid Məmmədov əvəz edib.
“Unibank” rəhbərliyi bankın inkişafına verdiyi töhfələrə görə Azad Qasımova və İqor Okayevə dərin təşəkkür edir və onlara yeni işlərində uğurlar arzu edir”, — deyə bankdan bildirilib.