Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: Azərbaycanda ipoteka kreditinə 200 milyon manat cəlb ediləcək

© trendСамир Шарифов
Самир Шарифов - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan İpoteka Fondu" ASC ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır.

BAKI, 21 noy — Sputnik. "Azərbaycan İpoteka Fondu" ASC ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib. Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayırılacaq.

200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsində sonra mümkün olub.

Xəbər lenti
0