BAKI, 20 noy – Sputnik. PKK terror təşkilatının İstanbuldakı rəhbəri Vedat B həbs olunub. Polisin keçirdiyi antiterror əməliyyatında təşkilatın daha bir neçə üzvü saxlanılıb.
Türkiyə mediasının xəbərinə görə, Vedat B.-nin evindən aşkarlanan rəqəmsal şifrəli qeydlər əsasında terrorçuların yeri müəyyənləşdirilib.
Hüquq-mühafizə orqanlarının bu gün səhər saatlarında keçiridyi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən daha 12 nəfər də həbs edilib.