BAKI, 20 noy — Sputnik. Bu gün Azərbaycanda reket mətbuatı dəstəkləyən məmurlar var.
Sputnik xəbər verir ki, bu fikri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid Mətbuat Şurasının (MŞ) təşkil etdiyi “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
Onun sözlərinə görə, MŞ-nin tərkibində reket mətbuatı müəyyən edən və onların adını “qara siyahıya” salan Monitorinq qrupu var.
“Həmin qrup müəyyən mətbuat orqanını reket fəaliyyətinə görə, qara siyashıya salmaq isətyəndə həmin məmurlar MŞ üzvlərinə, onların ailələrinə hədə-qorxu gəlirlər. Bizləri təhdid edirlər ki, əgər həmin KİV oqranları reket siyahısına salınarsa, sizin aqibətiniz yaxşı olmayacaq”, deyə Rəşad Məcid bildirdi.
O əlavə edib ki, əgər bunun qarşısı alınmayacaqsa sabah yenə o qəzetlər köşkdə ön sıralarda satışa qoyulacaq və ən çox satılan mətbu orqanı olaraq qalacaq: “Ona görə də hesab edirəm ki, belə qurumlara qarşı fərdi qaydada deyil kollektiv formada mübarizə aparılmalıdır. əks təqdirdə yaxşı heç nə gözləməyə dəyməz.”
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə əlavə etdi ki, belə reket qrupların fəaliyyətinin qarşısını ancaq hüquqi yolla almaq lazımdır.
“Buna qarşı fərdi qyada apaılan mübarizə nəticəsiz qalacaq. Bu gün mən fərdi qaydada onlara qarşı mübarizə apararamsa, onalr dərhal başlayacaqlar məni şantaj etməyə və məni geri çəkilməyə vadar edəcəklər. Çünki onları müdafiə edən müəyyən qruplar və məmurlar var. Ona görə də onalra qarşı kollektiv formada mübarizə aparılmalıdır”, — deyə Elçin Mirzəbəyli əlavə edti.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə KİV-lərdə qeyri-obyektiv, həqiqətə uyğun olmayan informasiyaların yayılmasında dövlət strukturlarını və onların mətbuat xidmətlərini ittiham etdi: “Çox təəssüf ki, bəzi dövlət qurumlarının mətbuat xidmətləri vaxtında kütləvi informasiya vasitələrini informasiya ilə təmin etmirlər”.
Şura sədri bildirib ki, Mətbuat Şurasının monitorinq qrupunun ekspertləri tərəfindən son vaxtlar ölkədə baş verən hadisələrlə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatların yayılmasının səbəbləri araşdırılıb: “Bəzi mətbuat orqanları araşdırmalar aparmadan, IP xatirinə məlumat yaydılar. Bu xəbərləri bilərəkdən, ajiotaj yaratmaq xatirinə yayan saytlar da olur. Təsəvvür edin ki, hadisələr baş verir, informasiya baş alıb gedir. Bir müddətdən sonra haqqında yazılan qurumun mətbuat xidməti yayılan xəbərlərlə bağlı təkzib verir”.
Toplantıda son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olundu, bu müstəvidə jurnalist peşəkarlığının müxtəlif aspektlərinə nəzər salındı.