CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizim MTN-ə də "fit verənlər" lazımdır?

© facebook/ Qubad İbadoğlu / Mediabanka keçidQubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
MTN-də baş verən olaylar Azərbaycanın idarəetmə strukturunda köklü islahatların aparılması zərurətini bir daha təsdiqlədi. Bu fikri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ölkədə son günlərdə baş vrrən proseslərə mövqeyini açıqlayarkən deyib.

BAKI, 20 noy — Sputnik. MTN-də baş verən olaylar Azərbaycanın mövcud idarəetmə strukturunda köklü islahatların aparılması zərurətini bir daha təsdiqlədi. 

Sputnik xəbər verir ki, bu fikri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu ölkədə son günlərdə baş vrrən proseslərə mövqeyini açıqlayarkən deyib.

Onun fikrincə, bu hadisələrdə diqqət çəkən problemlərdən biri nazirliyin müxtəlif dövlət orqanlarında, institutlarda və hətta səfirliklərdəki təmsilçiləri vasitəsilə formalaşdırdığı geniş şəbəkədən şəxsi və qrup məqsədləri üçün istifadə edilməsi oldu: “Göründü ki, keçmiş sovet dövründən MTN-ə miras qalan şəbəkələnmə sistemi hazırkı idarəetmə kontekstində nəinki özünü doğrultmur, hətta fəsadlar verir. Odur ki, belə idarəetməninin acı nəticələrini yaşayan ölkəmiz üçün münasib olan 2 nümunəni təklif etmək istərdim. 

Birincisi, 1 əsrdən çoxdur ki, ABŞ-da, son 50 ildə isə Böyük Britaniya, Kanada, İsveçrə, Niderland, İrlandiya kimi inkişaf etmiş ölkələrdə, hətta bu əsrdən başlayaraq Hindistanda tətbiq olunan “fit verənlər” institutudur. Şərti olaraq “fit verən” adlanan şəxslər dövlət və özəl orqanlarda korrupsiya ilə mübarizə aparmaq üçün informasiya daşıyıcısı funksiyasını yerinə yetirirlər. ABŞ-da tamamilə müstəqil olaraq fəaliyyət göstərən “fit verənlər” 2 qrupa bölünürlər: daxili və kənar. Daxili fit verənlər dövlət və özəl orqanın rəhbərliyi üçün, kənar fit verənlər isə hüquq mühafizə orqanları üçün çalışırlar. Onların hər ikisinin hüquqları xüsusi qanunla qorunur. Təcrübə göstərir ki, müstəqil məhkəmə və prokurorluq sisteminin, azad media və vətəndaş cəmiyyətinin mövcud olduğu ölkələrdə bu sistem müvəffəqiyyətlə işləyir.”

Hərəkat sədri  digər bir təklif kimi alman dilli Avropa Birliyi ölkələrində geniş yayılan və son dövrlər isə Rusiya və Qırğızıstan da tətbiq olunan stats sekretarlar institutudur. “Bu ölkələrdə hər bir dövlət orqanında fəaliyyət göstərən və nazirliklərdə nazir müavini statusuna bərabər sayılan stats sekretarlar heç bir siyasi mənsubiyyəti olmayan peşəkarlardan təşkil olunur və onların işə götürülüb, işdən azad edilməsində nazirlərin rolu olmur. Onların işə cəlb edilməsi isə bir çox ölkələrdə müsabiqə yolu ilə həyata keçirilir. Siyasi hakimiyyət əvəzlənən zaman nazirlər və onların müavinləri dəyişsələr də stats sekretarlar işlərində qalır və daha uzun müddət fəaliyyət göstərirlər. Bu da idarəetmə sisteminin dayanıqlığı və sahələr üzrə dövlət siyasətinin davamlılığı üçün əhəmiyyət kəsb edir. 

Hesab edirəm ki, hər 2 təcrübə —“fit verənlər və stats sekretarlar” institutlari- dərindən öyrənilməklə, yerli xüsusiyyətlər və problemlər nəzərə alınmaqla Azərbaycanda da idarəetmə islahatları çərçivəsində tətbiq oluna bilər.”

Xəbər lenti
0